“Mançester Siti” ilə matça qədər zədədən qayıdacaqlar

15 Fevral 01:30 İspaniya 248
“Mançester Siti” ilə matça qədər zədədən qayıdacaqlar

“Real”ın üç futbolçusu Çempionlar Liqasında “Mançester Siti” ilə matça qədər zədədən qayıdacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda “Osasuna”ya qarşı matçdan öncə keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis müdafiəçiləri Antonio Rüdiger, Lukas Vaskes və David Alabanın növbəti həftə komanda ilə məşqlərə qoşulacaqlarını bildirib.

“Real”-“Mançester Siti” matçı yanvarın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk görüş Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Osasuna” - “Real” matçı isə sabah Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti