
“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətinin uzadılması şərtlərini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisinin sözlərinə görə, almaniyalı mütəxəssisin işindən hamı razıdır:
“Hər şey belə davam edərsə, müqavilə müddətinin uzadılması üzərində işə başlayacağıq”.
Flik 2024-cü il iyulun 1-dən “Barsa”nı çalışdırır. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.
“Barselona” 23 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb.
Komanda bu mövsüm Flikin rəhbərliyi altında keçirdiyi 36 matçın 17-də üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.