![“Barselona”da yeni müqavilə - 2029-cu il iyununadək](https://www.sportinfo.az/media/2025/02/14/670a627e-f274-3c5a-af71-860ab76789d4_850-780x470.jpg)
“Barselona” müdafiəçisi Pau Kubarsi ilə müqavilə müddətini uzadıb.
Sportinfo.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
18 yaşlı futbolçu kataloniyalılarla 2029-cu il iyun ayına qədər yeni sözləşmə imzalayıb.
Gənc oyunçu əsas kollektivin heyətində ötən ilin yanvarında debüt edib və o vaxtdan 60 oyunda meydana çıxıb.