![Levandovski ilə müqavilə müddətini uzatmağa razılaşdı –](https://www.sportinfo.az/media/2025/02/12/levandovski-780x470.jpg)
“Barselona” komandanın hücumçusu Robert Levandovski ilə müqavilə müddətini uzatmağa razılaşıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı futbolçu 2026-cı ilə qədər Kataloniya klubunda qalacaq.
Levandovskinin hazırkı müqaviləsi bu ilin yayına kimi nəzərdə tutulub. O, 2022-ci ildən “Barsa”da çıxış edir.
36 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib.