"Mən onun həm insan, həm də futbolçu kimi böyük fanatıyam"

10:00 İspaniya 131
"Mən onun həm insan, həm də futbolçu kimi böyük fanatıyam"

“Real”ın sabiq futbolçusu Marselo komandanın keçmiş baş məşqçisi Zinəddin Zidan haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı mütəxəssisin ona çox dəstək olduğunu söyləyib:

“Zidan oyunçuları çox yaxşı başa düşürdü, o, mənə çox dəstək olub. Mən onun həm insan, həm də futbolçu kimi böyük fanatıyam.

Onunla meydanda çox sərbəstlik əldə etdim. O, mənə dedi: “Bax, Marselo, sən irəli get, Kazemiro səni izləyəcək”.

Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib. Onun Madrid klubunda 500-dən çox matçı var.

36 yaşlı futbolçu bu yaxınlarda karyerasını başa vuracağını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti