![“Barselona” onu Levandovskinin əvəzləyicisi sayır - NAMİZƏD](https://www.sportinfo.az/media/2025/02/11/levandovski-780x470.jpg)
“New York Red Bulls”un hücumçusu Xulian Hal “Barselona”nın diqqətini çəkib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, kataloniyalılar Halın inkişafını yaxından izləyir və onu Robert Levandovskinin potensial əvəzedicisi kimi görür.
16 yaşlı amerikalı forvardın “New York Red Bulls”la hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. O, komandasının əsas heyətində 13 oyun keçirib, 2 qol vurub.