![O da bu qərardan narazı qaldı - Qovulması haqsızlıqdır](https://www.sportinfo.az/media/2025/02/10/qavi-768x512.jpg)
“Barselona”nın yarımmüdafiəçisi Qavi hesab edir ki, komanda yoldaşı Fermin Lopesin meydandan qovulması haqsızlıqdır.
Kataloniyalılar dünən səfərdə “Sevilya”ya qalib gəlib (4:1).
Hans-Diter Flikin yetirmələri 62-ci dəqiqədə Fermin Lopesin meydandan qovulması ilə 10 nəfərlə qalıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı vərəqə epizodu ilə bağlı danışan Qavi, şənbə günü Dani Sebalyosun iştirak etdiyi “Real” – “Atletiko” (1:1) matçındakı hadisəni xatırladıb:
“Dünən “Real” – “Atletiko” matçında Sebalyosa “qırmızı” göstərmədilər. Ancaq bu gün Lopesi sarı vərəqə göstərməli olduqları halda meydandan qovdular”.