![“Qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu oldu - Kilian Mbappe](https://www.sportinfo.az/media/2025/02/10/kilian.png)
Fransa millisinin və “Real Madrid”in ulduzu Kilian Mbappe tarixi rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
O, bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.
Bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştiano Ronaldo isə 302 xal toplamışdı.