![Ter Ştegenin xələfi ilə bağlı qərar verdi - “Barselona”](https://www.sportinfo.az/media/2025/02/08/img_1347-780x470.jpg)
“Barselona” komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenin mümkün xələfi ilə bağlı qərar verib.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, almaniyalı qapıçının yerini gələcəkdə “Barsa”nın akademiyasının 16 yaşlı yetirməsi İker Rodriges tuta bilər.
Gənc futbolçu “Barselona”nın U-18 komandasında çıxış edir və İspaniyanın gənclərdən ibarət millisinə də çağırılır. Kataloniyalılar Rodrigesin böyük potensiala sahib olduğuna inanırlar.
“Barselona” İspaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala yüksəlib.