COP29

“Onlar ağıllarını itiriblər, özlərini qurban kimi göstərirlər”

12:00 İspaniya 90
“Onlar ağıllarını itiriblər, özlərini qurban kimi göstərirlər”

La Liqa prezidenti Xavyer Tebas “Real Madrid”in hakimliklə bağlı bəyanatına reaksiya verib.

Sportinfo.az bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.

“Real” turnirə zərər vurmaq istəyir. Bu klub bir hekayə qurub.

Yaxınlarda dərc olunan bəyanatla isə hədlərini aşdılar. Onlar özlərini qurban kimi göstərirlər, lakin bu, reallığa uyğun deyil.

Onlar istintaqda olan Neqreyra işini səhv analiz edirlər. Hakimlərə ödənişlərin edilməsi sübut olunmayıb.

“Real” bildirir ki, hakimliyin qurbanıdır. Amma bu, böyüdülüb və yersizdir.

Fikrimcə, məqsəd turnirə zərər verməkdir. Bəyanatın mətninə əsasən, turnir əvvəldən axıra qədər düzgün deyil. Onlar ağıllarını itiriblər”.

Daha əvvəl “kral klubu” “Espanyol”la oyunda (0:1) hakimlik məsələsi ilə bağlı RFEF-ə rəsmi şikayət etmişdi.

Madrid təmsilçisi sənəddə ölkədə hakimlik sisteminin tamamilə yenilənməsinin vacibliyini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti