![Ərəblərin başgicəlləndirici təklifi ağlını başından alıb – “Real”ın hücumçusunun](https://www.sportinfo.az/media/2025/02/07/b31cc1a6-ae91-3e25-bd23-9d0c2a76ce93_850-780x470.jpg)
“Real”ın hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanından gələn böyük təklifə münasibəti məlum olub.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu şəxsi söhbətlərində bu təklifin xüsusiyyətləri və başgicəlləndirici məbləğlərin istənilən oyunçunu düşündürdüyünü gizlətmir.
Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa müqavilənin bütün müddəti üçün 1 milyard avro maaşla 5 illik sözləşmə təklif etdiyi bildirilirdi.
Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun təxmini dəyəri 200 milyon avrodur.