COP29

“Barselona”ya böyük məbləğ təklif etməyə hazırdır - Potensial alıcılar

18:40 İspaniya 96
“Barselona”ya böyük məbləğ təklif etməyə hazırdır - Potensial alıcılar

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Səudiyyə Ərəbistanı çempionatı klublarının maraq dairəsindədir.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir k, Səudiyyə Ərəbistanının adı açıqlanmayan iki klubu artıq De Yonqun agentləri ilə əlaqə saxlayıb.

Potensial alıcılar bu yay transfer üçün “Barselona”ya böyük məbləğ təklif etməyə hazır olduqlarını bildiriblər.

Niderlandlı futbolçunun özünə də hazırkı maaşının ikiqatı vəd edilib. 27 yaşlı yarımmüdafiəçi hələlik yekun qərarını verməyib.

Bu yaxınlarda onun Səudiyyə Ərəbistanına köçmək istəməməsi ilə bağlı məlumatlar ortaya çıxıb.

De Yonq hələ də kataloniyalılarla müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib. Hazırkı sözləşmə 2026-cı ilin ortalarında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti