![“Qayıtmaq? Ola bilsin ki, karyeramı bitirəndən sonra nəsə baş verdi”](https://www.sportinfo.az/media/2025/02/05/_88483299_ronaldo_ap.jpg)
Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldo gələcəyi barədə danışıb.
Sportinfo.az bu barədə “Goal” nəşrinə istinadən xəbər verir.
39 yaşlı forvard karyerasını bitirdikdən sonra sabiq klubu “Real Madrid”ə qayıda biləcəyini istisna etməyib:
“Real Madrid”ə qayıtmaq? Ola bilsin ki, karyeramı bitirəndən sonra nəsə baş verdi. “Real”dakı dövrüm futbol baxımından mənim üçün ən xoşbəxt illərim idi”.
Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.