“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Rafinya İspaniya çempionatının 22-ci turunda “Alaves”lə oyunda hakimlər briqadasını qorxaq adlandırıb. Kataloniyalılar 1:0 hesablı qələbə qazanıb.
Braziliyalı cinah oyunçusu ikinci hissənin ortasında meydanı tərk edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, meydandan çıxan kimi qışqırıb:
“Biz onlara nəsə deməliyik, bir-birimizə yox. Onların hamısı qorxaqdır!”
“Barselona” İspaniya çempionatının 22 turundan sonra 45 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Hans-Diter Flikin komandası lider “Real”dan 4 xal geri qalır. “Atletiko” 48 xalla ikincidir.