COP29

Səudiyyə Ərəbistanına getmək istəmir - “Barselona”nın yarımmüdafiəçisi

18:40 İspaniya 93
Səudiyyə Ərəbistanına getmək istəmir - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəmir.

Niderlandlı futbolçuya əsas namizədlərdən biri bu yay onu öz sıralarına cəlb etməyə ümid edən “Əl-İttihad”dır.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, De Yonq yaxın gələcəkdə Səudiyyə Ərəbistanına köçmək istəmir.

Ciddə klubunun nümayəndələri “Barsa”nın yarımmüdafiəçisini razı salmaq üçün çox cəhd etməli olacaqlar.

27 yaşlı oyunçunun bu yaxınlarda “Barselona” ilə müqaviləsini uzatmağa hazır olması ilə bağlı məlumatlar yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti