“Barselona”nın hücumçusu Ansu Fati karyerasını başqa çempionatda davam etdirə bilər.
Sportinfo.az “De Telegraaf”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Ayaks” maraqlıdır.
Kataloniyalılar da Fatinin Niderland komandasına transferinin əleyhinə deyil. O, 2020-ci ilin sentyabrından “Barselona”nın oyunçusudur.
Tərəflər arasındakı müqavilə 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.