“İnter Mayami”nin sahibi Devid Bekhem Lionel Messinin “Barselona”ya olan sevgisindən danışıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Messinin təqaüdə çıxdıqdan sonra Mayamidə yaşamasını istərdim, lakin o, mənə “Kamp Nou” yaxınlığında yaşamaq niyyətində olduğunu söylədi.
“Barselona”nı onun qədər sevən futbolçu yoxdur. Onun ayağında, hətta su şüşəsində də “Barselona” loqosunu görə bilərsiz”.
Messi karyerasının 21 ilini “Barselona”da keçirib. Argentinalı forvard 2021-ci ildə Kataloniya klubunu tərk etmək məcburiyyətində qalıb və PSJ-yə keçib.
O, iki il sonra isə bu günə qədər oynadığı “İnter Mayami”yə transfer olunub.