COP29

Maaşının yarıdan çoxunu ödəyəcək - İspaniya klubu

25 Yanvar 22:00 İspaniya 313
Maaşının yarıdan çoxunu ödəyəcək - İspaniya klubu

“Betis” yaxın vaxtlarda bu kluba icarə əsasında keçəcək “Mançester Yunayted”in vingeri Antoninin maaşının yarısından çoxunu qarşılayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb. Daha əvvəl klubların braziliyalı futbolçunun maaşını öz aralarında böləcəyi deyilirdi.

“Betis” Antoninin maaşının 84 faizini və icarə müddəti ərzində nəticələrdən asılı olaraq mümkün bonusları ödəyəcək.

Onun həftədə 105 min funt sterlinq aldığı bildirilir. İcarə müqaviləsinin mövsümün sonuna qədər “Mançester Yunayted”in xərclərini təxminən 1,5 milyon funt-sterlinq azaldacağı gözlənilir.

Əvvəllər tərəflərin bütün şərtləri razılaşdırdığı və sənədləri yoxladığı bildirilirdi. 25 yaşlı oyunçunun icarəsi bu ilin iyununa qədər davam edəcək və satın alma şərtini ehtiva etməyəcək.

Antoni bu mövsüm bütün yarışlarda 13 oyun keçirib və 1 qol vurub. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu
26 Yanvar 02:00 Millimiz Kosovonu uddu
26 Yanvar 00:30 Nə o, nə bu... VİDEO