“Əl-Hilal”ın hücumçusu Neymar 2017-ci ildə “Barselona”dan ayrılması haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard bunu deyib:
“Bu, şəxsi an idi. PSJ-dən “Barselona”dakı şərtlərdən daha sərfəli təklif gəldi. Bundan başqa, PSJ-də Tiaqo Silva, Markinyos, Lukas Moura və Dani Alveş çıxış edib.
Onların hamısı mənim dostum idi və həmyerlilərimlə oynamaq istəyirdim”.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. O, ümumilikdə kataloniyalıların heyətində 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib.