COP29

“O, maşın deyil, insandır, duyğuları var”

00:10 İspaniya 97
“O, maşın deyil, insandır, duyğuları var”

“Arsenal” və “Barselona”dakı çıxışı ilə tanınan fransalı sabiq hücumçu Tyeri Anri həmyerlisi Kilian Mbappe haqqında danışıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı Mbappenin mərkəz hücumçusu kimi oynamağı öyrənmək üçün vaxta ehtiyac duyduğunu deyib:

“Mbappe mərkəz hücumçusu kimi oynamağı öyrənmək üçün vaxta ehtiyac duyur. O, yaxşılaşır və daha yaxşı olmaq üçün hər şeyə malikdir.

Özünüzü tanımadığınız bir vəziyyətdə tapsaz, ən yaxşı keyfiyyətlərinizi dərhal göstərə bilməyəcəyiniz tamamilə normaldır.

Yəqin ki, hamı onun robot olduğunu düşünürdü. Amma o, maşın deyil, insandır. Onun duyğuları var”.

Digər Xəbərlər
Xəbər Lenti