“Milan” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqa göz dikib.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, “rossonyerlər” yarımmüdafiəçi üçün 25 milyon avro və 10 milyon bonus təklif etsə də, kataloniyalılar bundan imtina edib.
Kataloniya klubu niderlandlı futbolçu ilə ayrılmağa hazırdır, lakin onun satışından daha çox – ən azı 45 milyon avro qazanmaq niyyətindədir.
De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. 27 yaşlı futbolçu yeni müqavilə təklifinə cavab verməyə tələsmir.
“Barsa” onu 2019-cu ilin yayında, 86 milyon avro ödəyərək “Ayaks”dan alıb.