COP29

"Məni ən çox dəli edən..." - “Real”da oynayıb, “Barselona”ya aşiq olub

16 Yanvar 21:40 İspaniya 171
"Məni ən çox dəli edən..." - “Real”da oynayıb, “Barselona”ya aşiq olub

“Real”ın sabiq hücumçusu Antonio Kassano “Barselona”ya olan sevgisindən danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “Barselona”ya aşiq olduğunu bildirib:

“Real”da oynamışam, heç vaxt “Barselona”da oynamaq imkanım olmayıb. Amma mən “Barselona”ya aşiq oldum və hələ də sevirəm.

Məni ən çox dəli edən “Barsa”nın oyun tərzidir. Orada onlar təkcə qələbə haqqında deyil, həm də futboldan həzz almaq haqqında düşünürlər.

Topa sahib olmaq, hücum oyunu… Heç bir komanda bunu belə etmir. “Barsa”nın cəsarətli yanaşması var, onlar heç nədən qorxmurlar”.

Kassano 2006-2008-ci illərdə “kral klubu”nda çıxış edib. O, bu müddət ərzində bütün turnirlərdə 29 matçda iştirak edərək, 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 18:10 Çək və bizə göndər!
16 Yanvar 17:20 Belə bir TƏKLİF VAR!