“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubu tərk etməyəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər dünən idman direktoru Dekunun iştirakı ilə danışıqların yeni mərhələsini keçiriblər.
Səmərəli keçən görüşdən sonra uruqvaylı futbolçunun onu transfer etmək istəyən “Yuventus”un bütün səylərinə baxmayaraq, “Barselona”da qalmağa razı olduğu deyilir.
25 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 2 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.