"Antalyaspor"un yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq.
O, bu vəzifədə "Fənərbaxça"da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib. Antalya klubu onunla 1,5 illik müqavilə imzalayıb.
Son olaraq "Ankaragücü"nü çalışdıran Emre Belözoğlu 2024-cü ilin iyul ayından işsiz idi.
Türkiyə millisinin sabiq üzvü "Başakşehir" və "Fənərbaxça" nın da baş məşqçisi olub.