Önümüzdəki həftə “Barselona”nın müdafiəçisi Ronald Arauxonun gələcəyi məsələsində həlledici olacaq.
Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, kataloniyalılar vəziyyətə aydınlıq gətirmək üçün yaxın vaxtlarda uruqvaylı oyunçu ilə görüş keçirməyi planlaşdırır.
Müqavilənin uzadılması ilə bağlı tərəflərin mövqeləri bir-birindən çox fərqlidir və “Barselona” Arauxonun 2026-cı ilin yayında azad agent kimi ayrılmasına icazə vermək istəmir.
“Yuventus” 26 yaşlı futbolçunun transferi ehtimalına nikbin yanaşır. Turin klubu Uruqvay millisinin oyunçusu üçün 50 milyon avro ödəməyə hazırdır.