İspaniya Superkubokunun qalibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş görüşdə “Real” və “Barselona” qarşılaşıb.
Oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab beşinci dəqiqədə açılıb. “Real”ın hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib.
“Barselona”nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsi ilə Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini dəqiq yerinə yetirib.
“Barselona”nın braziliyalı futbolçusu Rafinya matçda dubla imza atıb. Kataloniya klubunun heyətində digər qolu isə Aleks Balde vurub.
“Kral klubu”nun heyətində isə 60-cı dəqiqədə Rodriqo fərqlənib.“Barselona”nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.
“Barselona” İspaniya Superkubokunu ən çox qazanan klubdur. “Mavi qranatlar” bu mükafata 15, “Real” isə 12 dəfə yiyələnib.
"Real" - "Barselona" 2:5
Qollar: Mbappe, 5 (1:0), Yamal, 22 (1:1), Levandovski, 36 (1:2), Rafinya, 39 (1:4), Balde, 45+10 (1:5), Rodriqo, 60 (2:5)
Qırmızı vərəqə: Voyçex Şensnı, 56 ("Barselona")
Ciddə. "King Abdullah Sports"