İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.
Sportinfo.az xəbər verir ki, yarımfinalda “Atletik” (Bilbao) və “Barselona” qarşılaşıb.
Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Qavi (17) və Lamin Yamal (53) vurublar. Bununla da “Barselona” adını finala yazdırıb.