“Real”ın yarımmüdafiəçisi Luka Modriç əfsanəvi futbolçu Ferens Puşkaşın rekordunu yeniləyib.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.
O, buna “Valensiya” ilə oyunda (2:1) rəqib qapısına yol taparaq nail olub. Luka 39 yaş 116 günlüyündə fərqlənib.
Modriç 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.
Bu matç Lukanın “Real”da 561-ci oyunu olub. O, bununla da klub tarixində ən çox oynayan 10 futbolçusu sırasına qoşulub.
“Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxan Luka beş dəqiqə sonra qol sevinci yaşayıb.