“Real”ın müdafiəçisi Dani Karvahal karyerasını harada davam etdirə biləcəyi haqda danışıb.
Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, karyerasının sonlanmağına az qaldığını deyib:
“Artıq 32 yaşım var. Daha bir neçə il oynayacam, ancaq bu, o qədər də uzun deyil.
Yaxın Şərqə səyahət? Bunun bir növ dəlilik olduğunu düşünmürəm.
Bayaq dedim ki, “Real”dan ayrılsam, Avropada oynamayacam. Qətər mənim üçün növbəti iş yeri ola bilər”.
Karvahal 2013-cü ildən Madrid klubunda çıxış edir. Ümumilikdə o, 427 matçda iştirak edib, 14 qol vurub və 65 məhsuldar ötürmə verib. Futbolçu hazırda çarpaz bağ zədəsini sağaldır.