“Atletiko”nun müdafiəçisi Reynildo Mandava “Barselona”nın “radar”ında qalır.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, mozambikli futbolçunun əvvəllər Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
30 yaşlı oyunçunun madridlilərlə müqaviləsi mövsümün sonunda başa çatacaq və “Barselona” onu azad agent kimi dəvət etmək imkanını nəzərdən keçirir.
Kataloniyalıların nümayəndələri vəziyyəti diqqətlə izləyirlər.
Mandava 2022-ci ilin əvvəlindən “Atletiko”da çıxış edir. Sol cinahda və ya mərkəzdə oynaya bilən müdafiəçi bu mövsüm Dieqo Simeonenin komandasında 18 oyun keçirib.