“Barselona”nın prezidenti Xuan Laporta maliyyə sıxıntılarını aradan qaldırmağın və yarımmüdafiəçi Dani Olmo ilə hücumçu Pau Viktoru La Liqanın ikinci yarısı üçün qeydiyyatdan keçirməyin yolunu tapıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, kataloniyalılar yenidən qurulan “Nou Kamp” stadionundakı VIP qutunu 100 milyon avroya satacaqlar.
Stadionun oturacaqları ilə bağlı sənədlər artıq direktorlar şurası tərəfindən təsdiqlənib, sadəcə, Laportanın imzası çatışmır.
O, əvvəlcə La Liqa rəhbərliyinin qətərlilərlə razılaşmanı təsdiqlədiyinə və iqtisadi maneələri aradan qaldırmaq üçün kifayət hesab etdiyinə əmin olmalıdır.
Artıq müvafiq sənədlər La Liqa rəhbərliyinə göndərilib.