"Real"In kapitanı Dani Karvahal gələcəyi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi nə vaxtsa Madrid təmsilçisindən ayrılsa, Avropada qalmayacağını bildirib:
"Əgər nəvaxtsa "Real"dan ayrılsam, Avropada oynamayacam. Çempionlar Liqasında və ya İspaniyada "Real"a qarşı rəqabət aparmayacam".
Dani Karvahal "Real"ın yetirməsidir. İspan futbolçu 2013-cü ilin yayından "kral klubu"nun əsas komandasıda çıxış edir.
İspaniya millisinin üzvünün klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.