Frenki de Yonq “Barselona”nın əməkdaşlığın uzadılması təklifinə cavab verməyib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Kataloniya klubunun rəhbərliyi niderlandlı yarımmüdafiəçini satmağa getdikcə daha çox meyl edir. O, artıq komandanın əsas oyunçusu sayılmır.
De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, İspaniya çempionatının cari mövsümündə 8 oyun keçirib.