“Real”ın hücumçusu Vinisius Junior karyerasını Fransa çempionatında davam etdirə bilər.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, PSJ 24 yaşlı forvardın transferində maraqlıdır.
Paris klubunun rəhbərliyi Vinisiusa 10 illik müqavilə təklif etməyə hazırdır.
Braziliyalı forvardın “Real”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə İspaniya çempionatında 14 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.