“Real”ın direktoru Emiliano Butragenyo “kral klubu”nda ilin yekunları haqda danışıb.
Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəsmisi “Real” üçün əla il olduğunu bildirib:
“Real” üçün əla il oldu, komanda beş kubok qazandı. Bu, uzun müddətdir davam edən bir dövrədir.
Hər şey işləyir. Karlo Ançelotti komandanı yaxşı çalışdırır. Biz tarix yazmağa davam etmək istəyirik”.
Madrid komandası son bir ildə UEFA Çempionlar Liqasının, Qitələrarası kubokun, UEFA superkubokunun, İspaniya çempionatının və ölkə superkubokunun qalibi olub.