“Sevilya” Kike Salasla müqavilə müddətini uzadıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Salas “Sevilya”nın yetirməsidir və klubun aşağı yaş qruplarından ibarət kollektivlərində çıxış edib.