“Barselona”nın bir müddət əvvəl “Nike” şirkəti ilə yeni müqavilə imzalamağa qərar verdiyini xəbər vermişdik.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta vəziyyəti şərh edib. O, Amerika şirkəti ilə müqavilənin uzadılması haqda belə deyib:
“Söhbət futbol tarixindəki ən böyük müqavilədən gedir. “Barselona”nın idman dünyasındakı gücünü və əzəmətini dərk etdiyi üçün “Nike” şirkətinə minnətdarıq.
Biz klubu hər baxımdan təkmilləşdirmək niyyətindəyik. Bu razılaşma kluba iqtisadi baxımdan dirçəlməyə imkan verəcək, biz daha davamlı olaraq pul saymaq məcburiyyətində qalmayacağıq”.
“Nike” ilə yeni müqavilə 2028-ci ilə qədər uzadılıb və bu, “Barselona”ya illik 120 milyon avro qazandıracaq.