“Portu”nun yarımmüdafiəçisi Niko Qonsalesin yaxın gələcəkdə “Barselona”ya qayıtması ehtimalı azdır.
Kataloniya klubu 2023-cü ilin yayında müqaviləyə prioritet geri alqı-satqı və onun gələcək satış məbləğinin 4 faizini daxil etməklə, yetirməsini 9 milyon avrodan aşağı qiymətə “əjdahalar”a satıb.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” Nikonun irəliləyişindən məmnundur, ancaq onun bu yay başa çatacaq satınalma variantını aktivləşdirməmək qərarına gəlib.
Əvəzində rəhbərlik yarımmüdafiəçinin gələcəkdə başqa kluba transferindən yaxşı qazanc əldə etməyə ümid edir.
22 yaşlı Qonsales cari mövsümdə “Portu”nun heyətində 24 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.