“Barselona”nın yarımmüdafiəçisi Pedri yaxın vaxtlarda klubla müqaviləsini 2030-cu ilə qədər uzatmağa hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 2024-cü ilin sonuna kimi ispaniyalı ilə müqaviləni uzatmağı və sənədləşmə işlərini tamamlamağı planlaşdırıb.
Pedri almaniyalı çalışdırıcı Hans-Diter Flikin komandasında meydanın mərkəzində əsas oyunçudur.
22 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsümdə komandanın heyətində 25 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.