“Əl-Hilal”ın hücumçusu Neymarın atası Neymar da Silva futbolçunun “Santos”dan “Barselona”ya keçidini xatırlayıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, atasına görə, “Real”ın braziliyalı futbolçuya təklifi o zaman maliyyə baxımından daha sərfəli idi:
“Barselona” ilə müqavilə imzalamaq tamamilə Neymarın qərarı idi. “Barselona” və “Real”dan təklif almışdıq.
“Real”dan təklif üç dəfə çox idi. Neymar isə “yox” dedi.
Çünki bu uşaqlarla oynamaq istəyirdi. Onun arzusu “Barselona”da oynamaq idi”.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun rənglərini qoruyur.