“Barselona”nın cinah futbolçusu Rafinya “Atletiko”ya məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu gün çox yaxşı oynadıq. Amma mən bəzən zəif oynamağa və qalib gəlməyə üstünlük verirəm”.
Kataloniyalılar daha çox qol vəziyyətləri yaratsalar da, bu, xal qazanmağa kömək etməyib. Madrid klubu 96-cı dəqiqədə qələbə qolunu vurub.