COP29

"Bura ilk gələndə bəziləriniz məni uşaq kimi görürdüz"

12:20 İspaniya 89
"Bura ilk gələndə bəziləriniz məni uşaq kimi görürdüz"

“Real”ın və Braziliya yığmasının hücumçusu Vinisius Junior bu yaxınlarda FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatını qazanıb.

Sportinfo.az “beIN Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu daha sonra şam yeməyi zamanı komanda yoldaşlarının önündə təsirli çıxış edib:

“Hamınıza təşəkkür edirəm, sizsiz bu mükafat mümkün olmazdı. Siz mənim ailəmin bir parçasısız.

Hər gün sizinlə olmaq çox önəmlidir. Luka Modriç, Lukas Vaskes, Dani Sebalyos, Federiko Valverde…

Bura ilk gələndə bəziləriniz məni uşaq kimi görürdüz. Bu qələbə mənim üçün çox şey deməkdir”.

Vinisiusun sözləri alqışlarla müşayiət olunub.

Digər Xəbərlər
Xəbər Lenti