“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior qalmaqalla gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, “Rayo Valyekano” ilə matçdan (3:3) sonra rəqib azarkeşlər onun ünvanına nalayiq şüarlar səsləndirib.
Vinger isə onlara jestlə cavab verib və “Rayo Valyekano”nun ikinci liqada mübarizə aparmalı olduğunu bildirmək istəyib.
Bundan sonra “kral klubu”nun forvardı sosial şəbəkələrdə tənqid olunub.
“Rayo Valyekano”nun prezidenti Raul Martin Presa braziliyalı cinah oyunçusunun jestinə münasibət bildirərək, bu hərəkətinin lazımsız olduğunu deyib:
“Kimsə təxribata əl atır, nalayiq söz deyir, amma “Rayo” sanksiyalara məruz qalır... Bizim günahımız nədir? Bu klubun günahıdır?”.
17 turdan sonra “Real” 37 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 16 oyun keçirən “Rayo Valyekano” 20 xalla 13-cü pillədədir.