“Real”in baş məşqçisi Karlo Ançelotti komandadakı vəziyyətlə bağlı danışıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı futbolda bəzən çətin anlar olduğunu bildirib:
“Futbolçular üzərində nəzarəti itirmişəm? Əlbəttə, yox. Futbolda bəzən çətin anlar olur.
Əsas odur ki, irəliləməyə davam edək. Sizi əmin edirəm ki, “Real” mövsümün ikinci yarısında daha yaxşı olacaq”.
Ançelotti FİFA tərəfindən 2024-cü ilin ən yaxşı məşqçisi seçilib.
İspaniya çempionatının 17 turundan sonra hesabında 37 xal olan “Real” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 1 xal geri qalır.