“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal karyerasında ən çətin rəqibinin kim olduğunu açıqlayıb.
Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, ispaniyalı David Raumu Avropa çempionatında keçməyin çox çətin olduğunu bildirib:
“David Raum indiyə qədər ən çətin rəqibim olub. Almaniya millisinin və “Leyptsiq”in sərt müdafiəçisi. Onu Avropa çempionatında keçmək çox çətin idi”.
17 yaşlı Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.
O, cari mövsümdə 21 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə edib.