Arda Gülər “Real Madrid”in tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi İspaniya çempionatının “Rayo Valyekano” ilə görüşündə 2 məhsuldar ötürmə edib.
Beləliklə də, Gülər 21-ci əsrdə La Liqa bir matçda iki məhsuldar ötürmə ilə “Real Madrid”in ən gənc futbolçusu olub. O, buna 19 yaş 293 günlüyündə nail olub.
Gülər bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Matç 3:3 hesabı ilə başa çatıb.