“Sevilya”nın əfsanəvi futbolçusu Xesus Navas azarkeşlərlə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, o, karyerasında keçirdiyi son ev matçında göz yaşlarını saxlaya bilməyib.
“Selta” ilə qarşılaşmada (1:0) Navasın şərəfinə böyük pankartlar açılıb. futbolçu 71 dəqiqə meydanda qalıb.
39 yaşlı ispan dekabrın 21-də “Real Madrid”lə qarşılaşmada futbolçu karyerasında son matçına çıxacaq.
Navas “Sevilya”nın yetirməsidir. O, klubda 702 oyun keçirib. “Sevilya” ilə 4 dəfə Avropa Liqasını, UEFA kubokunu və UEFA Superkubokunu qazanıb.
2013-2017-ci illərdə “Mançester Siti”də çıxış edən futbolçu 183 oyuna çıxıb və “şəhərlilər”lə Premyer Liqa çempionluğunu yaşayıb.
İspaniya millisində 56 oyun keçirən Navas komanda ilə 2012-ci ildə dünya, 2020 və 2024-cü ildə Avropa çempionluğunu qazanıb.