Uels millisinin sabiq futbolçusu Qaret Beyl vaxtı ilə “Real”a keçmək qərarına peşman olmadığını etiraf edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu, futbol ictimaiyyətinin şübhələrinə baxmayaraq, Madrid klubuna keçməyi düzgün addım hesab edir:
“Real”a keçmək düzgün qərar idi. Tamamilə peşman deyiləm”.
İspaniya klubu Beyli 2013-cü ilin yayında 100 milyon avro qarşılığında “Tottenhem”dən alıb. Sabiq futbolçu 2022-ci ilə qədər “Real”da çıxış edib, lakin hamının inandığı potensialını tam reallaşdıra bilməyib.
O, 2023-cü ilin əvvəlində “Los-Anceles”lə MLS-də qısa müddət keçirdikdən sonra 33 yaşında təqaüdə çıxıb.