“Barselona”nın hücumçusu Ferran Torres mövsüm bitdikdən sonra satıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı Kataloniya klubunun əsas heyətində nadir hallarda meydana çıxır, ona görə də onun mümkün gedişi ilə bağlı söz-söhbətlər davam edir.
“Barselona” Torresi satmağa hazırdır, ancaq yayda.
Torresin dublu “Barselona”nın Çempionlar Liqası matçında (3:2) “Borussiya”ya (Dortmund) qalib gəlməsinə kömək edib və oyunçu La Liqanın son “Betis” (2:2) və “Malyorka” (5:1) ilə oyununda da qol vurub.