“Real”ın sabiq yarımmüdafiəçisi, hazırda “Rayo Valyekano”da oynayan Xames Rodriqes “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti haqda fikirlərini bölüşüb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçu, Ançelottinin ona həmişə kömək edən insan olduğunu bildirib:
“Ançelotti mənə həmişə kömək edən insandır. Madridə gələndə çox gənc idim.
Uzun müddət oynamayacağımı düşünürdüm, amma Ançelottinin köməyi ilə komandaya tez uyğunlaşdım.
Paltardəyişmə otağında mənimlə oğlu kimi davranırdı. Onun oyunçuları ilə əla münasibətləri var”.
33 yaşlı Rodriges cari mövsümdə 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.